Milan Moda Həftəsi başlayır

17/09/2024 - 06:57

Bu gündən sentyabrın 23-dək Milan şəhərində ənənəvi Moda Həftəsi keçiriləcək. AZƏRTAC xəbər verir ki, budəfəki moda həftəsi çərçivəsində ümumilikdə 173 müxtəlif məzmunlu görüşün, 57 fiziki və 8 rəqəmsal moda nümayişinin, 75 təqdimatın və 33 tədbirin keçirilməsi planlaşdırılır. Bundan başqa, lüks brendlər yeni kolleksiyalarını təqdim edəcəklər. İlk gün “Palazzo Giureconsulti”də açılış mərasimi keçiriləcək. Sentyabrın 22-də isə “Fashion Awards 2024” tədbiri, eyni zamanda, “La Skala” teatrında mükafatların təqdimetmə mərasimi baş tutacaq. “Milan Moda Həftəsinin hər buraxılışında şəhərimizlə moda dünyası arasında əlaqə yeni ruh yüksəkliyi ilə güclənir”, - deyə Milanın meri Cüzeppe Sala tədbirin əhəmiyyətini qeyd edərkən bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15