Minatəmizləmə fəaliyyətini qiymətləndirmə və minatəmizləyənlərə təlimlərin keçirilməsi qaydaları hazırlanacaq

03/02/2025 - 16:09

Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması və minatəmizləyənlərə standart əməliyyat prosedurlarına dair təlimlərin keçirilməsi qaydaları hazırlanacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Minatəmizləmə fəaliyyəti haqqında” qanunun tətbiqi barədə Fərmanında əksini tapıb.

    Nazirlər Kabineti üç ay müddətində bu hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

    Eyni zamanda minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə haqqın məbləği müəyyənləşdiriləcək.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Sabah hava necə olacaq?
    01/02/2025 - 12:13