Mixail Saakaşvilinin məhkəmə prosesi təxirə salındı – NÖVBƏTİ PROSES BU TARİXDƏ KEÇİRİLƏCƏK…

29/12/2022 - 20:25

Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvilinin işi üzrə növbəti məhkəmə iclası sabah, dekabrın 30-da keçiriləcək.

Qafqaz.media xəbər verir ki, Amerikalı toksikoloq David Smith bu gün məhkəmədə distant qaydada ifadə verib. O bildirib ki, eks-prezident “Vivamedi” klinikasına köçürülməzdən əvvəl, mart ayında ağır metallarla zəhərlənib.

Tbilisi Şəhər Məhkəməsi qarşısında Mixeil Saakaşviliyə dəstək aksiyası keçirilir

David Smitdən sonra məhkəmədə “Vivamedi” klinikasının nevropatoloqu Tamar Abaşidze ifadə verərək bildirib ki, Mixail Saakaşvilinin vəziyyəti nevroloji baxımdan ağırdır.

Mixail Saakaşvilinin özü səhhətinə görə bugünkü məhkəmə iclasında uzaqdan iştirak etməkdən imtina edib.

Tbilisidə Saakaşvilinin məhkəməsi keçirilir

Məhkəmə proseslərinə paralel olaraq ictima fəallar, keçmiş və indiki siyasətçilər, yüksək vəzifəli məmurlar Gürcüstan hakimiyyətini Mixail Saakaşvilini müalicə üçün xaricə köçürməyə çağırırlar. Cəmiyyətin bir hissəsi prezident Salome Zurabişvilidən Mixail Saakaşvilini əfv etməyi xahiş edir.

Qafqaz.media