Mən Ağ Evə çatmazdan əvvəl III dünya müharibəsinin başlayacağından narahatam - Tramp

03/08/2024 - 16:57

ABŞ prezidenti Co Baydenin səriştəsizliyi ucbatından üçüncü dünya müharibəsi başlaya bilər.

Publika.az xəbər verir ki, ABŞ-ın keçmiş lideri, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp "Fox Business"ə açıqlamasında belə deyib.

Tramp İranın HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünə görə qisas alması ilə bağlı nəşrə cavabında bildirib ki, Tehran artıq İsrailə zərbə endirmək əmrini verib:

“Mən narahatam ki, vəzifədə olan insanlar son dərəcə səriştəsizdirlər. Mən Ağ Evə çatmazdan əvvəl III dünya müharibəsinin başlayacağından narahatam”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10