MN: “Erməni hərbçinin yaralanması barədə məlumat yalandır”

29/11/2022 - 19:52

Noyabrın 29-u saat 17:50-də guya ordumuzun bölmələri tərəfindən atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə Qafqaz.media-a Müdafiə Nazirliyindən bildirilib. 

"Yayılan məlumatı qəti surətdə təkzib edirik".