MÜQƏDDƏS DAVANIN YÜKÜNÜ DAŞIYAN İNSAN… - Ziyəddin Kassanovun doğum gündür…

23/11/2022 - 22:53

Bu gün Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Başqanı, Axısxa Türklərinin lideri Ziyəddin Kassanovun doğum günüdür.

Qafqaz.media xəbər verir ki, bu barədə Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) İdarə Heyətinin üzvü, Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) sədr müavini Mövlud İşık özünün “Facebook” səhifəsində yazır.

“Güclü liderin bir xalq üçün nə qədər vacib olduğunu bir daha anladığımız günlərdən keçirik. Bu günlərdə bunun bir daha şahidi olduq. Bu müqəddəsi davanın mübarək yükünü daşıyan gözəl insan, ömrünü millətinə həsr etmiş liderimiz.

Millətə həsr olunmuş bir davada Millətin Adamı ilə bir addımlamaq bizim üçün böyük şərəfdir. Ürəyi məmləkət sevadı ilə dolu, böyük və güclü DATÜB-ün memarı, Liderimiz, Başqanımız Ziyəddin İsmixan oğlu, Rəbbim sizə cansağlığı, uzun ömür versin, başımızdan əskik etməsin.

Ad gününüz mübarək, Başqanım!”

Qafqaz.media

P.S. Qeyd edək ki, Ziyəddin Kassanov 23 noyabr 1958-ci ildə Qazaxıstanın Almatı şəhərində dünyaya gəlib. Qafqaz.media-nın kollektivi də doğum günü münasibətilə dəyərli Z.Kassanovu təbrik edir, ona müqəddəs amal uğrunda apardığı mübarizədə uğurlar arzulayır! İnanırıq ki, Ziyəddin Kassanovun liderliyi ilə Axısxa Türklərinin tezliklə Vətən həsrəti bitəcək, onlar öz dədə-baba yurdlarına qayıdacaqlar!

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12