“Ən mühüm məsələ dinc dialoqun bərpasıdır” - Fransa parlamentinin sədri Azərbaycana sanksiyalarla bağlı
13/01/2023 - 14:17
Fransa Milli Assambleyasının sədri Yael Braun-Pive Ermənistan parlamentinin sədri Alen Simonyanla birgə mətbuat konfransı keçirib.
Qafqaz.media xəbər verir ki, Fransa rəsmisi konfransda Ermənistana hərbi yardımın edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandırıb.
“Fransa niyə Azərbaycana qarşı sanksiyaları tətbiq etmir” sualına Braun-Pive belə cavab verib: “Bu gün biz hesab edirik ki, ən mühüm məsələ sülh yolu ilə nizamlanma və dinc dialoqun bərpasıdır. Bütün səylərimiz buna yönəlib, başqa yollarla getmək yersizdir”.