NATO-Azərbaycan tərəfdaşlığının perspektivləri müzakirə olunub - FOTO

15/12/2022 - 13:17

Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadənin NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina ilə görüşündə NATO-Azərbaycan tərəfdaşlığının perspektivləri müzakirə olunub.

Qafqaz.media xəbər verir ki, bu barədə Azərbaycan səfiri tviter səhifəsində yazıb.

Bildirilib ki, tərəflər NATO-Azərbaycan tərəfdaşlığının perspektivləri, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə töhfəsi, enerji təhlükəsizliyi və regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.