“NATO Ukraynaya qırıcı təyyarələr verməyi nəzərdən keçirir” - CEYMS STAVRİDİS

29/11/2022 - 14:56

"NATO ölkələri Ukraynaya “MiQ-29” və ya “F-16” qırıcıları verməyi nəzərdən keçirir".

"Blomberq" xəbər verir ki, bunu NATO-nun Avropada Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının əvvəlində NATO ölkələrinin Ukraynanı “MiQ-29” və ya “F-16” qırıcıları ilə təmin etməsi ideyasından imtina edilib: “Lakin indi hava məkanında Ukraynanın üstünlüyünün təmin edilməsi üçün yenidən bu ideya nəzərdən keçirilir”.

NATO-nun Baş katibi Yens Stoltenberq isə bildirib ki, NATO Ukraynaya əlavə yardım ayırmaq niyyətindədir.

O bildirib ki, Rusiyanın endirdiyi raket zərbələri nəticəsində Ukraynaya ciddi ziyan dəyib.