Nazir, müavini və daha 16 nəfərin öldüyü helikopter qəzası hansı səbəbdən baş verib? – VİDEO

18/01/2023 - 13:15

Sosial şəbəkələrdə Brovaridə qəzaya uğrayan “Super Puma” helikopterinin qəzadan öncəki görüntüləri yayılıb. Hansı ki, həmin helikopterdə Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərliyi olub.

Qafqaz.media xəbər verir ki, bir sıra “Teleqram” kanalları tərəfindən yayımlanan kadrlarda helikopterin dumanda uçduğu və şəhər zolağına yaxınlaşdığı görünür.

Qeyd olunur ki, bu görüntülər Dövlət Fövqəladə Hallar Xidmətinin vertolyotunun Brovarinin mərkəzindəki uşaq bağçasının yaxınlığında düşməsindən bir neçə dəqiqə əvvəl lentə alınıb.

 

Qafqaz.media