Nazir rəisi işdən çıxardı - Yeni təyinat

26/11/2024 - 14:50

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib. “Qafqazinfo” Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, rəis Elmir Quliyev vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə polkovnik-leytenat Əlfağa Ağayev bu vəzifəyə təyin olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ