Netanyahu: İsrail istənilən vasitə ilə özünü müdafiə edəcək

21/07/2024 - 05:37

İsrail hər vasitə ilə özünü müdafiə edəcək. APA xəbər verir ki, bunu ölkənin Baş naziri Benyamin Netanyahu “YouTube” platformasında yerləşdirilən müraciətində deyib. “Biz özümüzü hər vasitə ilə və bütün cəbhələrdə müdafiə edəcəyik. İsrail ərazisinə hücum edən hər kəs təcavüzünə görə çox yüksək bədəl ödəyəcək. Təhlükəsiz Yaxın Şərq görmək istəyən hər kəs İsrailin İrana və onun tərəfdaşlarına qarşı mübarizəsini dəstəkləməlidir”, - Baş nazir vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10