Onun zənginə görə Putin iclası tərk etdi - VİDEO

24/01/2025 - 09:26

Rusiya Prezidenti Vladimir Putin videobağlantı vasitəsilə iştirak etdiyi Strateji Təşəbbüslər Agentliyinin şurasının iclasını tələsik tərk etməli olub. Publika.az TASS-a istinadən xəbər verir ki, buna səbəb Putinə dünya liderlərindən birinin zəng etməsi olub. Rusiya lideri telefonla danışmaq üçün “beş dəqiqəlik” uzaqlaşmaq məcburiyyətində qaldığını bildirib: “Beynəlxalq telefon danışığı aparmalıyam. Əvvəlcədən üzr istəyirəm. Beş dəqiqə ekrandan uzaqlaşmalıyam. Danışıb qayıdacağam”, - Putin deyib. Rusiya lideri daha sonra iclasa qayıdıb. Sonra məlum olub ki, Putinə zəng edən Qvineya-Bisaudan olan həmkarı Oumar Sisoku Embalo olub. O, həmkarı ilə iki ölkə arasında münasibətləri müzakirə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Tramp tarixi ənənəni pozdu
18/01/2025 - 04:53