"Ötən gün Kiyevə raket zərbələri endirilməyib" - RUSİYA MN TƏKZİB ETDİ

24/11/2022 - 15:36

Rusiya ordusu noyabrın 23-də Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirməyib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik şəhərdə qeydə alınan dağıntıların Ukrayna hava hücumundan müdafiə sistemlərinə (HHM) məxsus yerli və xarici ölkə istehsalı raketlərin düşməsinə görə baş verdiyini əlavə edib.

Xatırladaq ki, Ukrayna noyabrın 23-də şəhər endirilən raket zərbələri zamanı 10 nəfərin öldüyünü, 35 nəfərin yaralandığını açıqlamışdı.