Pakistanda terror aktı: ölənlər və yaralananlar var - YENİLƏNİB
Pakistanın cənub-qərbində yerləşən Bəlucistanın əyalətinin Kvette şəhərində partlayış zamanı yaralananlarla yanaşı ölənlər də var.
“Geo” telekanalı xəbər verir ki, partlayış nəticəsində bir polis əməkdaşı və yeniyetmə ölüb, yaralananların sayı 24-ü keçib.
aralananların əksəriyyətinin polis əməkdaşları olduğu bildirilir.
Partlayışın terrorist-kamikadzenin hücumu nəticəsində baş verdiyi, onun məqsədinin polislərin olduğu yük maşınını partlatmaq olduğu vurğulanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə “Təhriki-Taliban Pakistan” terror qruplaşmasının Pakistan hakimiyyəti ilə razılaşdırılan atəşkəs rejimini ləğv etməsindən və qruplaşma üzvlərinə bütün ölkədə hücumlar təşkil etməyi əmr etməsindən iki gün sonra baş verib.
***09:40
Pakistanın cənub-qərbində yerləşən Bəlucistanın əyalətinin Kvette şəhərində partlayış olub.
Qafqaz.media xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 21 nəfər xəsarət alıb.
Yaralılardan 15-nin polis əməkdaşı olduğu bildirilir.