Paşinyan Ukrayna ilə əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib

25/08/2024 - 08:59

Ermənistanın Baş naziri Nikol Paşinyan Ukrayna ilə əməkdaşlığın daha da gücləndirilməsinə ümid etdiyini bildirib. APA xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin Ukraynanın Müstəqillik Günü münasibətilə təbrikində deyilir. Təbrikin mətni Ermənistan hökümət başçısının saytında dərc olunub. “Ümidvaram ki, bizim birgə səylərimiz Ermənistan və Ukrayna arasında münasibətlərin daha da inkişafına töhfə verəcək və qarşılıqlı faydalı əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə çıxaracaq”, - Paşinyan vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ