PERU PARLAMENTİ PREZİDENTİ İSTEFAYA GÖNDƏRDİ - Vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur / Yenilənib

08/12/2022 - 01:19

Peru Prezidenti Pedro Kastillo üsyanda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub.

Bu barədə Perunun hüquq-mühafizə orqanlarının məlumatında deyilir.

ABŞ Dövlət Departamenti isə bildirib ki, P.Kastilonun impiçmenti ilə əlaqədar Vaşinqton onu keçmiş dövlət başçısı kimi qəbul edir.

Qeyd edək ki, bundan əvvəl Peru polisi ölkə Prezidenti Pedro Kastilonu saxlayıb.

**00:41

Peru Prezidenti vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub

Peru polisi bundan əvvəl ölkə parlamenti tərəfindən prezidentlikdən uzaqlaşdırılan Pedro Kastillonu saxlayıb.

Bu barədə "El Comercio" qəzeti məlumat yayıb.

Nəşr onun hazırda paytaxt Limada olduğunu qeyd edib.

Xatırladaq ki, Peru parlamenti Prezident Pedro Kastillonun istefasına səs verib. Təklifi 101 deputat dəstəkləyib, 6 deputat əleyhinə səs verib, 10 deputat bitərəf qalıb. Birinci vitse-prezident Dina Boluartenin respublika prezidenti vəzifəsinin icrasına başlaması üçün andiçmə mərasimi keçiriləcək.

 

*** 00:07

 

Peru parlamenti daha əvvəl qanunverici orqanın buraxıldığını və komendant saatı tətbiq edildiyini elan etmiş Prezident Pedro Kastillonun istefasına səs verib.

Bu barədə RPP radiostansiyası məlumat yayıb.

Təklifi 101 deputat dəstəkləyib, 6 deputat əleyhinə səs verib, 10 deputat bitərəf qalıb.

Bildirilib ki, yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 00:00) birinci vitse-prezident Dina Boluartenin respublika prezidenti vəzifəsinin icrasına başlaması üçün andiçmə mərasimi keçiriləcək./report