PEZEŞKİAN PARLAMENT SƏDRİNİ AZƏRBAYCAN DİLİNDƏ QARŞILADI - VİDEO

08/07/2024 - 11:53

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İslam Respublikasının yeni seçilmiş prezidenti Məsud Pezeşkian ilə görüşüb. 

“AzPolitika” xəbər verir ki, görüşə dair yayımlanan kadrlarda Pezeşkianın seçkidəki keçmiş rəqibini Azərbaycan dilində salamlaması görünür. Xatırladaq ki, İran Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Pezeşkiana 16 milyon 384 min 403 seçici səs verib. Onun əsas rəqibi, mühafizəkarlar qanadının namizədi Səid Cəlili 13 milyon 538 min 179 səs toplayıb. Mühafizəkarların ən qatı qanadını təmsil edən Qalibaf isə birinci turda iştirak edib və namizədlər arasında 4-cü yeri tutub.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10