Polis Saakaşvilinin anasını təhqir edən şəxsi saxladı

24/12/2022 - 00:03

Gürcü polisi sabiq prezident Mixail Saakaşvilinin anası Giuli Alasaniyanı təhqir edən gənc oğlanı saxlayıb.

Qafqaz.media xəbər verir ki, hadisə ötən gün “Vivamed” klinikasının yaxınlığında baş verib.

Giuli Alasaniya jurnalistlərə müsahibə verərkən naməlum şəxs onu təhqir edib.

Alasaniyanın mühafizəçiləri əvvəlcə onu saxlamağa çalışıblar, daha sonra patrul polisi də işə qoşular həmin şəxsi həbs ediblər.