Polşa Çexiyanın Ukraynaya 100 milyon avroluq silah təşəbbüsünü maliyyələşdirəcək
16/09/2024 - 11:40
“Yaxın gələcəkdə Çexiyanın Ukraynaya top mərmilərinin tədarükü üzrə təşəbbüsünü maliyyələşdirmək üçün iki il ərzində 100 milyon avro ayıracağıq”. APA-nın məlumatına görə, bunu "Европейская Правда” nəşrinə müsahibəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib. O, bildirib ki, digər tərəfdaşlar da bu təşəbbüsə qoşulacaq. R. Sikorskinin sözlərinə görə, Qərb dövlətləri Rusiyanın nüvə təhdidlərini ciddi qəbul etməməlidir. Polşanın baş diplomatı eyni zamanda Avropa İttifaqı ölkələrinə üz tutan səfərbərlik yaşındakı ukraynalıların sosial ödənişlərdən məhrum edilməli olduqlarını da söyləyib.