Polşada iki şəhərin sakinləri daşqın təhlükəsi ilə əlaqədar təxliyə edilib
16/09/2024 - 21:31
Polşanın qərbində yerləşən Nisa və Paçkuv şəhərlərinin sakinləri daşqın təhlükəsi ilə əlaqədar təxliyə edilir. APA TVN 24-ə istinadən xəbər verir ki, bu barədə hər iki qəsəbənin burqomistrları məlumat yayıb. Bildirilib ki, Paçkuv şəhərinin 2,5 minə yaxın sakini artıq təxliyə edilib. Yaşayış məntəqəsinin dörddə biri su altında qalıb. Daşqınlara səbəb güclü yağışlar nəticəsində yaxınlıqdakı su anbarında bəndin sıradan çıxması olub.