Pomidor şirəsinin faydaları

18/01/2025 - 09:05

Vitamin, mineral və antioksidant mənbəyi olan pomidor demək olar ki, hər mövsüm mətbəxlərimizdə özünə yer tapır. Qafqaz.Media xəbər verir ki, pomidor qədər onun şirəsi də sağlamlıq üçün çox faydalıdır. Vitaminlərlə zəngin olan pomidor şirəsi E vitamini və likopenlə də zəngindir. Araşdırmalar pomidor şirəsində olan likopen və digər karotenoidlərin ağciyər, döş və prostat xərçəngi də daxil olmaqla bir sıra müxtəlif xərçəng növlərinin riskini azaltdığnı sübut edir.

Tədqiqatlar göstərir ki, yüksək miqdarda likopen qəbul edən kişilərdə mədəaltı vəzi xərçəngi riski 30% azalır. Pomidor şirəsi yüksək xolesterolu azaldır, ürək-damar sağlamlığını qoruyur və infarkt riskini minimuma endirir. Həzm sistemini tənzimləyərək bağırsaqların daha sürətli işləməsinə kömək edir. Qəbizlik və şişkinlik problemlərindən əziyyət çəkənlər üçün faydalıdır.

Pomidor şirəsi çox yüksək miqdarda K vitamini ehtiva edir. Bu, sümük sağlamlığına böyük dərəcədə müsbət təsir göstərir və sümüklərin güclənməsinə kömək edir. Pomidor şirəsi dəri hüceyrələrinin bərpasını sürətləndirir. Müntəzəm olaraq pomidor şirəsi içmək dəridə sızanaqların çoxalmasının qarşısını alır.

Bu içki çox güclü antioksidantdır. Buna görə də bədəndən toksinlərin çıxarılmasına kömək edir. Pomidor şirəsinin tərkibində göz sağlamlığı üçün lazımlı və faydalı olan vitamin və minerallar var.

Bundan əlavə zəngin lif mənbəyi olan pomidor şirəsi arıqlamaq istəyənlər üçün də çox təsirlidir. Pomidor şirəsi enerji verir və gündəlik həyatda daha aktiv olmaq üçün istehlak edilməlidir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kimlərə şaurma yemək olmaz?
18/01/2025 - 04:55