Portuqaliya sahillərində zəlzələ qeydə alınıb
26/08/2024 - 09:49
Portuqaliya sahillərində zəlzələ qeydə alınıb. APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seymoloji Mərkəzi məlumat yayıb. Zəlzələ 5.4 maqnitudalı olub. Yeraltı təkan 10 km dərinlikdə baş verib. Dağıntı və tələfat barədə məlumat yoxdur.