“Putin bütün cəbhələrdə məğlub olub” - ABŞ Baş Qərargah rəisi

08/12/2022 - 21:36

ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli bildirib ki, Rusiyanın Ukrayna infrastrukturuna hücumları Rusiyanın işğalına qarşı müqaviməti artırıb.

Qafqaz.media bu barədə Ukrayna mediasına istinadən yazır.

“Rusiyanın Ukraynaya qarşı müharibəsi artıq 10 aydır ki, davam edir və Putin bütün cəbhələrdə məğlub olub”, - deyən Milli Rusiyanın raket hücumlarını da “qəti şəkildə qəbuledilməz” adlandırıb:

“Bu, Ukraynanın mülki əhalisinə hücumdur... Ukrayna ordusu hərbi əməliyyatlar üçün bu enerji infrastrukturundan asılı deyil. Bu, Ukrayna üçün ekzistensial münaqişədir və rusların qəddarlığı Ukrayna xalqının daha da qətiyyətini artırır”.

Onun sözlərinə görə, qanunsuz hücumlar Ukraynanı dəstəkləyən ölkələrin də əzmini gücləndirir.

Qafqaz.media