Putin Hindistanın baş naziri ilə görüşəcək

08/07/2024 - 06:20

Rusiya prezidenti Vladimir Putin Moskvada Rusiya Federasiyasına rəsmi səfərə gələn Hindistanın baş naziri Narendra Modi ilə görüşəcək. APA TASS-a istinadən xəbər verir ki, Hindistanın baş nazirinin səfərinin iki gün; 8-9 iyul tarixində baş tutması planlaşdırılır. Kremldən verilən yazılı açıqlamada səfər əsnasında ​hər iki ölkə liderinin ölkələrinin gələcək inkişafını, ənənəvi dost Rusiya-Hindistan münasibətlərini müzakirə etməyi planlaşdırdıqları bildirilir. Rusiyaya səfər, son parlament seçkilərindən sonra ardıcıl üçüncü dəfə Hindistanın baş naziri olmuş Modinin ilk xarici səfəri olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ