PUTİN KADIROVA ZELENSKİNİ ÖLDÜRMƏK ƏMRİ VERİB? - “The Wall Street”-in iddiasına Kremldən reaksiya

16/12/2022 - 22:53

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Vladimir Putinin Çeçenistan lideri Ramzan Kadırova Ukrayna prezidenti Vladimir Zelenskini müharibənin başlanğıcında məhv etməyi tapşırması ilə bağlı iddiaları qəti şəkildə təkzib edib.

Qafqaz.media xəbər verir ki, Peskov bu barədə “The Wall Street Journal”-ın məqaləsinə reaksiyası zamanı bildirib.

"Bu, tamamilə cəfəngiyatdır", -deyə Peskov vurğulayıb.

Zelenski "Ilin adami" secildi

Cümə günü səhər saatlarında “The Wall Street Journal” Ukrayna kəşfiyyatının məlumatlarına istinadən məqalə dərc etmişdi ki, Putin Çeçenistan rəhbərinə müharibənin əvvəlində Kiyevdə hökumət binalarını zəbt etməyi və Ukrayna prezidentini məhv etməyi əmr edib.

Qafqaz.media