“PUTİN VƏ LUKAŞENKONU MƏSULİYYƏTƏ CƏLB ETMƏLİYİK” - Osloda Nobel Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib

10/12/2022 - 22:24

Şənbə günü Osloda Nobel Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib və laureatların şərəfinə ənənəvi ziyafət verilib.

Qafqaz.media xarici KİV-lərə istinadən xəbər verir ki, 2022-ci il mükafatı Ukraynanın “Vətəndaş Azadlıqları Mərkəzi”, Rusiyanın “Memorial” hüquq müdafiə cəmiyyəti (Rusiya Baş Prokurorluğunun tələbi ilə 2022-ci ilin qışında ləğv edilib) və Belarusun “Vesna” İnsan Hüquqları Mərkəzinin sədri, hazırda istintaq təcridxanasında olan və beynəlxalq ictimaiyyət tərəfindən siyasi məhbus kimi tanınan Ales Belyatskiyə verilib. Hansı ki, Osloda keçirilən mərasimə onun əvəzinə həyat yoldaşı Natalya Pinçuk gəlib.

Qalibləri oktyabrın 7-də Norveç Nobel Komitəsi elan edib.

Королевская семья Норвегии

Norveç Nobel Komitəsinin sədri Berit Reiss-Andersen qalibləri elan edərkən deyib ki, laureatlar Belarus, Rusiya və Ukraynada özlərini “insan hüquqları, demokratiya və sülh şəraitində birgəyaşayışın görkəmli müdafiəçiləri” kimi göstəriblər.

"Putin, Lukaşenko və digər hərbi cinayətkarlar üçün tribunal"

Mükafatlandırma mərasimində Ukrayna “Vətəndaş Azadlıqları Mərkəzi”ni təşkilatın rəhbəri Oleksandra Matviyçuk təmsil edib.

“Biz bu mükafatı Avropanın dinc inkişafını məhv etmək cəhdlərinə cəsarətlə müqavimət göstərən Ukrayna xalqının səylərinin, habelə insan hüquqları müdafiəçilərinin bütün dünyada müharibə təhlükəsinin qarşısının alınması üçün gördüyü işin əhəmiyyətinin tanınması kimi qiymətləndiririk.

Biz beynəlxalq tribunal yaratmalı və Putin, Lukaşenko və digər hərbi cinayətkarları məsuliyyətə cəlb etməliyik. Bəli, bu cəsarətli addımdır. Amma qanunun aliliyinin həqiqətən işlədiyini və ədalətin mövcud olduğunu sübut etməliyik”, - deyə Matviyçuk bildirib.

Lukaşenko Putinlə görüşəcək

Qafqaz.media