Putin və Tramp Ukrayna ilə bağlı müzakirələr aparır? - Peskov açıqladı

03/07/2024 - 14:49

Son günlər Qərb mətbuatında Ukraynadakı müharibənin gələcək taleyilə bağlı Vladimir Putin və Donald Tramp arasında qiyabi müzakirələr getdiyinə dair məlumatlar yayılır.Amerikanın “Politico” qəzeti öz mənbələrinə istinadla xəbər verib ki, Tramp NATO-nun daha şərqə doğru genişlənməyəcəyi, habelə “Moskvanın Ukrayna ərazisinin hansı hissəsini saxlaya biləcəyi barədə” Putinlə saziş bağlamaq imkanını nəzərdən keçirir.“AzPolitika” xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu iddiaları yalanlayıb. O, deyib ki, Kreml Ukrayna ilə bağlı Trampla dialoq aparmır: “Xeyr, bu doğru deyil”. Xatırladaq ki, Tramp dəfələrlə prezident seçiləcəyi təqdirdə Ukrayna müharibəsini 24 saata bitirəcəyini vəd edib. Lakin münaqişə tərəfləri hələ ki, bu vədlərə o qədər də ciddi yanaşmırlar.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ