Putinin yaxın dostunun yaxtası Xorvatiyada hərracda satılacaq – SATIŞDAN ƏLDƏ OLUNAN VƏSAİT BU ÖLKƏYƏ VERİLƏCƏK...

02/12/2022 - 19:08

Putinin yaxın dostu, qızının "xaç atası" olduğu Viktor Medvedçukun “Royal Romance” yaxtası Xorvatiyada hərracda satılacaq.

Qafqaz.media “The Guardian”-a istinadən xəbər verir ki, bu barədə yerli məhkəmə qərar verib.

Nəşr Ukraynanın antikorrupsiya agentliyinə istinadən yazır ki, satışdan əldə olunan pul kömək məqsədilə Ukraynaya ödəniləcək.

Ukraynanın Korrupsiyadan və Digər Cinayətlərdən Əldə Edilmiş Aktivlərin Aşkarlanması, İzlənməsi və İdarə Edilməsi üzrə Milli Agentliyinin Xorvatiyadakı nümayəndələri bildiriblər ki, bu həftə onlar Viktor Medvedçukun ailə üzvlərinə və hüquq müdafiə təşkilatının rəhbərlərindən birinə məxsus həbs edilmiş yaxtaya baxış keçiriblər.

Cinayət işi çərçivəsində yaxtada axtarış aparıldığı bildirilir.

Agentlik əlavə edib ki, yaxtanın real dəyərini qorumaq üçün hərraca çıxarılacaq.

Medvedçukun yaxtasının satışı sanksiyaya məruz qalan iş adamının əmlakının Ukraynanın xeyrinə satılacağı ilk hadisə olacaq.

Xatırladaq ki, Medvedçuk 2004-cü ildə Rusiya prezidentinin “xaç atası” olub. Belə ki, Vladimir Putin Medvedçukun kiçik qızı Dariyanı Dmitri Medvedevin həyat yoldaşı Svetlana ilə birlikdə vəftiz edib. Müharibə başlamazdan əvvəl son illərdə Medvedçuk mütəmadi olaraq Rusiya prezidenti ilə görüşür, Rusiyayönlü Müxalifət Platforması partiyasına rəhbərlik edirdi.

Dəyəri 200 milyon avro olan 92 metrlik “Royal Romance” yaxtası mart ayında Xorvatiyada həbs edilib. Noyabr ayında ABŞ Federal Təhqiqatlar Bürosu tərəfindən yaxtada axtarış aparılıb.

Xatırladaq ki, 2004-cü ildə Putin ukraynalı siyasətçinin kiçik qızı Dariyanın "xaç atası" olub.

Qafqaz.media