“QARABAĞI QAYTARMAQ ŞANSI VAR..” – Serj Sarkisyan: “Mənim üçün Qarabağ səhifəsi bağlanmayıb”

18/10/2023 - 12:07

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan hesab edir ki, dünya Cənubi Qafqaz regionunda son vaxtlar baş verən hadisələrdə kimin “günahkar” olduğunu bilir.

Sarkisyanın sözlərinə görə, “bütün dünya kimin (Qarabağın – red.) və necə təslim olmasından danışır...”

“Azadlıq” radiosunun erməni xidməti xatırladır ki, 2020-ci ilin fevralında Serj Sarkisyan tərəfdarlarına “Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq” demişdi.

Bu gün Sarkisyan bəyan edir ki, onun üçün “Qarabağ səhifəsi bağlanmayıb, mən şans görürəm...”. O, eyni zamanda “keçmiş hakimiyyəti” günahlandırıb.

Jurnalistin “Arayik Arutyunyanı nəzərdə tutursunuz” sualına cavab olaraq Sarkisyan ad çəkməkdən imtina edib.

Sarkisyan bugünkü hadisələrin hamısının Ermənistanın əvvəlki hakimiyyət orqanlarının, o cümlədən onun prezidentliyi dövründə apardığı danışıqların nəticəsi olması ilə bağlı iradlara cavab verməyib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti danışıqlar zamanı bütün təkliflərə qarşı çıxıb. “Biz heç bir təklifdən imtina etməmişik, çünki məlum kompromis variantından başqa heç nə almamışıq”, – Sarkisyan bildirib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33