Qırğızıstan “Turan” batalyonunun komandirinə cinayət işi açdı – “BİZ RUSİYA VƏ UKRAYNA ARASINDA NEYTRALLIĞA RİAYƏT EDİRİK…”

23/11/2022 - 12:11

Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi Ukraynada yaradılmış türk xalqlarının “Turan” batalyonunun komandiri Almaz Kudabek oğlunun mediada və sosial şəbəkələrdə yayılan videogörüntülərinə münasibət bildirib.

Qafqaz.media “Fergananews”a istinadən xəbər verir ki, onun çıxışının Qırğızıstanın rəsmi orqanlarının mövqeyi ilə ziddiyyət təşkil etdiyini elan edib:

“Dövlət Təhlükəsizlik Komitəsi bu vətəndaşın ifadəsinin Qırğızıstanın rəsmi orqanlarının mövqeyi ilə ziddiyyət təşkil etdiyini rəsmən elan edir. Qırğızıstan Rusiya və Ukrayna arasında baş verən hadisələrdə neytrallığa riayət edir”, - nazirliyin bəyanatında deyilir.

Bəyanatda o da bildirilir ki, 2021-ci ilin dekabrında Almaz Kudabek oğlu əmək miqrantı kimi Ukraynaya gedib. Hazırda faktla bağlı Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 256-cı maddəsi ilə “Qırğızıstan vətəndaşının xarici dövlətin ərazisində silahlı münaqişələrdə və ya döyüş əməliyyatlarında iştirak etmə və ya terror aktı törətməyə hazırlaşma” maddəsi ilə cinayət işi başlanıb.

Terroru qırğız törədib? - Təhlükəsizlik Komitəsi ilə səfirlikdən yayılan xəbərə reaksiyaAgentlik yazır ki, Ukraynada müharibə başlamazdan əvvəl Almaz Kudabek oğlu Rusiyada olub, fəhlə, xüsusən də bərbər işləyib. Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin ona qarşı cinayət işi açdığı da bildirilir.

Qırğızıstanın Ukraynadakı səfirliyinin onunla əlaqə qurduğu, ona vətəninə qayıtması təklif edildiyi də bildirilir. Lakin Almaz Kudabek oğlu bundan imtina edərək, ərazi müdafiə bölməsinə qoşulub.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12