Qərb ölkələri BMT-dən təcili iclas tələb etdi

27/08/2024 - 06:14

Qərb ölkələri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasının keçirilməsini tələb ediblər. Publika.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski "Telegram" kanalında məlumat verib. Onun sözlərinə görə, TŞ-nin qərbli üzvləri avqustda Ukrayna məsələsini BMT TŞ-də qaldırmağa qərar veriblər. Nyu-York vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 23:00-da - red.) görüş tələb edilib. Həmçinin Rusiya avqustun 30-da Ukraynaya Qərb silahlarının tədarükü ilə bağlı BMT TŞ-nin iclasının keçirilməsi ilə bağlı sorğu göndərib. Görüş zamanı Ukrayna böhranının Qərb üçün əlverişsiz olan digər aspektlərinə toxunulacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15