Quba, Masallı, Sabirabad və Şəkidə də peşə hazırlığı mərkəzləri yaradılır

10/09/2024 - 11:42

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən regionlarda işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığı infrastrukturunun genişləndirilməsi işləri davam etdirilir. Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda bildirilib: "Hazırda Qubada Regional Peşə Hazırlığı Mərkəzinin inşası işləri davam edir. Masallı, Sabirabad və Şəkidə də regional peşə hazırlığı mərkəzlərinin tikilməsi üçün layihələndirmə işləri aparılır. Qeyd olunan mərkəzlərdə işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlığının həyata keçirilməsi üçün hər cür şərait yaradılacaq. Tədris olunan peşələr üzrə sinif, instruksiya otaqları ilə yanaşı, emalatxanaların da fəaliyyət göstərəcəyi mərkəzlər peşə tədrisi üçün müasir avadanlıqlarla təchiz olunacaq".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37
Qəbələdə yol qəzası olub
11/11/2024 - 11:21
Qəbələdə yol qəzası olub
11/11/2024 - 11:21
Sabah leysan yağacaq
10/11/2024 - 22:15