“Əraziyə gələn vətəndaşlardan biri üzərində gətirdiyi kəsici alətlə qolunu kəsərək xəsarət yetirən zaman…” - DİN-dən AÇIQLAMA

29/11/2022 - 14:34

“Noyabr ayının 29-da bir qrup şəxsin Gəncə şəhər İcra hakimiyyətinin inzibati binasının qarşısında toplaşması ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerinə gələrək həmin şəxslərlə profilaktiki söhbət aparıb, onlara icra hakimiyyəti rəhbərliyinin qəbul qaydalarını xatırladıb”.

Qafqaz.media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, bundan sonra həmin şəxslər heç polislə hər hansı bir mübahisə və ya münaqişə yaşamadan ərazini tərk etməyə başlayıblar.

“Əraziyə gələn vətəndaşlardan biri üzərində gətirdiyi kəsici alətlə qolunu kəsərək xəsarət yetirən zaman, polis əməkdaşları ona dərhal ilkin tibbi yardım göstərərək xəstəxanaya yola salıb”, - Eşqin Qasımov vurğulayıb.

Qafqaz.media