Ərdoğan İsrail Prezidenti ilə bölgədəki gərginliyi müzakirə edib

09/10/2023 - 21:28

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Prezidenti İshak Hersoqla telefon danışığı zamanı bölgədəki gərginliyi müzakirə edib.

“Report” xəbər verir ki, Ərdoğan sağlam düşüncə ilə hərəkət etməyin, bölgədə ən qısa zamanda əmin-amanlığın bərqərar olmasının vacibliyini qeyd edib.

“Bu, bütün regionun rifahı üçün böyük əhəmiyyət kəsb edir. Türkiyə bölgədə narahatlıq doğuran münaqişələrə son qoyulması və daimi sülhün təmin edilməsi istiqamətində səylərini daha da artacaq”, - Ərdoğan bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33