Ərdoğan Kamala Harrislə görüşə bilər
20/09/2024 - 22:06
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası ərəfəsində Nyu-Yorkda ABŞ prezidentliyinə namizəd Kamala Harrislə görüşmək istəyir. Publika.az xəbər verir ki, görüşün məqsədinin iki dövlət arasında münasibətlərin yaxşılaşması tendensiyasını dəstəkləmək olduğu bildirilir. Türkiyə Xarici İşlər Nazirliyi və Ağ Ev hələlik bununla bağlı açıqlama yaymayıb.