ƏRDOĞAN SABAH QƏTƏRƏ GEDƏCƏK - DÇ-nin final matçını izləməyə dəvət edildi
17/12/2022 - 19:36
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Qətərə səfər edəcək.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
“Prezident Qətər əmirinin dəvəti ilə dekabrın 18-də dünya çempionatının bağlanış mərasimində iştirak etmək üçün Dohaya səfər edəcək”, - məlumatda bildirilib.
Qeyd edək ki, Ərdoğan DÇ-nin açılış mərasimində də iştirak edib./axar.az