Restorana ad günü qeyd etməyə getdi, yeməyindən mirvari çıxdı
24/09/2024 - 07:00
Böyük Britaniyadakı restoranların birində maraqlı hadisə baş verib. Publika.az “BBC News”a istinadən xəbər verir ki, müştərilərdən birinin yeməyindən mirvari çıxıb. Britaniyalı cütlük ad günü keçirmək üçün getdikləri restoranda dəniz məhsulları ilə hazırlanmış yeməklər sifariş verib. Kişi yeməklərdən birini yeyərkən ağzında bərk bir şey hiss edib və onun mirvari olduğunu görüb. O, "təbiətdən gələn hədiyyə"ni sevgilisi Peyc Hokinsə verib. Qadın onu boyunbağısına taxacağını deyib. Həmin dəniz məhsulları restoranında hər həftə 25 kq dəniz ilbizi satıldığı, lakin ilk dəfədir mirvari aşkarlandığı bildirilib.