Rusiya İrandan yeni dronlar alıb… - UKRAYNANIN KRİTİK NÖQTƏLƏRİNƏ HÜCUMLARIN SAYI ARTIB

11/12/2022 - 11:00

Amerika Müharibənin Öyrənilməsi İnstitutu (ISW) gündəlik hesabatında Rusiyanın ötən həftələrlə müqayisədə çox sayda İran istehsalı olan dronlardan istifadə etməklə Ukraynanın cənubundakı kritik nöqtələrə edilən hücumları təhlil edib.

Qafqaz.media ISW-yə istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı dekabrın 10-da Rusiya hərbçilərinin Xerson, Nikolayev və Odessa vilayətlərində “Şahed-136” və “Şahed-131” pilotsuz uçan aparatlarından istifadə etməklə 15 hücum həyata keçirdiyini və Ukrayna hava hücumundan müdafiə qüvvələrinin onlardan 10-nu vurduğunu bildirib.

Ukrayna Prezident Aparatı rəhbərinin müavini Kirilo Timoşenko bildirib ki, Rusiyanın uğurlu dron zərbələrindən biri Odessada infrastruktura ciddi zərbə vurub və bərpa işləri həmişəkindən daha uzun çəkəcək.

ISW-nin hesablamalarına görə, Rusiya qüvvələri daha soyuq hava üçün PUA-lardan istifadəyə üstünlük verir. İrandan yeni dronlar alındığından son üç həftə ərzində ilk dəfə Ukrayna şəhərlərinə zərbələr endirməyə nail olub. Hansı ki, Rusiya qüvvələri oktyabrın 23-dən bəri Ukrayna infrastrukturuna hücum etmək üçün İran pilotsuz təyyarələrindən istifadə etməyib.

ABŞ-ın yüksək rütbəli rəsmiləri Rusiyanın pilotsuz təyyarələrlə hücumlarının sayını artması məqsədilə İrandan aldığı kamikadze dronları müqabilində bu ölkəyə geniş hərbi və texniki dəstək verib.

Hərbi ekspertlər hesab edirlər ki, Rusiya pilotsuz təyyarələrinin hücumlarının sürətinin artması bu yaxınlarda İrandan yeni pilotsuz təyyarələr partiyasını aldığını göstərir.

Qafqaz.media