“RUSİYA MƏĞLUB OLARSA, İSTİSNASIZ OLARAQ HAMI…” – Putin rejiminin daha bir təbliğatçısı Haaqa Tribunalı haqda danışdı / VİDEO

01/12/2022 - 09:37

“Rusiya Ukrayna ilə müharibədə məğlub olarsa, istisnasız olaraq hamıya qarşı iddialar irəli sürüləcək".

Qafqaz.media xəbər verir ki, bu barədə Putin hakimiyyətinin təbliğatçılarından olan Olqa Skabeeva "60 dəqiqə" televiziya şousunun efirində bildirib.

“Allah eləməsin, biz buna icazə vermərik, amma birdən fərz edək ki, nəsə baş verib və ölkəmiz qalib gələ bilmir. Bir adamın Putin rejiminin şəriki olması və ya yanından keçməsinin fərqi yoxdur”, - Skabeeva bildirib.

Daha əvvəl erməni əsilli rusiyalı təbliğatçı Marqarita Simonyan “Vladimir Solovyovla axşam” televiziya proqramının efirində demişdi ki, Rusiya məğlub olacağı təqdirdə Ukraynaya qarşı müharibədə iştirak edənlərin hamısını Haaqa Tribunalı gözləyir.

Qafqaz.media