Rusiya tərəfindən əsir götürülən gürcü hərbçilərlə bağlı AÇIQLAMA

16/11/2023 - 14:40

“Ombudsman Aparatı Ukraynada döyüşərkən əsir götürülmüş iki gürcü hərbçisinin azad edilməsi məsələsi ilə məşğul deyil”.

Bu barədə Gürcüstanın ictimai müdafiəçi Levan İoseliani bildirib.

Onun sözlərinə görə, rusiyalı həmkarı ilə hələlik heç bir əlaqəsi olmayıb və hesab edir ki, indiki mərhələdə buna ehtiyac yoxdur.

“İndiki mərhələdə biz bu hissəyə daxil deyilik. Bu prosesə qoşulmağa ehtiyac olarsa, təbii ki, qoşulacağıq. Burada söhbət Xalq Müdafiəçisinin müvafiq olaraq, Rusiya Ombudsmanı ilə əlaqəsindən gedir. Mən onu hələ qurmamışam və indi buna ehtiyac görmürəm.

O ki qaldı dövlət qurumlarına, biz onlarla əlaqə saxlayırıq və nə baş verdiyi, necə baş verdiyi barədə məlumatımız var. Hüquqların müdafiəsinə gəlincə, indiki mərhələdə mənim rusiyalı həmkarımla heç bir əlaqəm olmayıb”, - deyə ictimai müdafiəçi bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ