Rusiya Ukraynaya 728 raket hücumu həyata keçirib - OKTYABRDAN BU YANA
Rusiya ötən ilin oktyabrından bu il yanvarın 26-dək Ukrayna ərazisinə, təxminən, 728 raket buraxıb.
Qafqaz.media xəbər verir ki, məlumatı UNIAN yayıb.
Bildirilib ki, Rusiya Ukrayna ərazisinə 2022-ci il oktyabrın 10-11-də 111 raket, oktyabrın 17-22-də 49, oktyabrın 31-də 50, noyabrın 15-17-də 120, noyabrın 23-də 70, dekabrın 5-də 70, dekabrın 16-da 76, dekabrın 29-31-də 89, 2023-cü il yanvarın 14-də 38, yanvarın 26-da isə 55 raket buraxıb.
Qeyd edilib ki, hesabat Ukrayna müdafiə qüvvələrinin gündəlik məlumatlarına əsasən hazırlanıb.
Xatırladaq ki, Rusiya Ukraynaya 2022-ci ilin payızından daha intensiv şəkildə raket hücumları həyata keçirir.