Rusiya və Çinin hərbi təyyarələri bu ölkənin müdafiə zonasına daxil oldu
30/11/2022 - 10:29
Rusiya və Çinin hərbi təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil olub.
Bu barədə Seulun Birləşmiş Qərargah Rəisləri bildiriblər.
Təyyarələr arasında Çinin iki H-6 bombardmançı təyyarəsi, həmçinin Rusiyanın dörd Tu-95 bombardmançı təyyarəsi və iki SU-35 qırıcısının olduğu deyilir.
Eyni zamanda, hərbi təyyarələrin hava hücumundan müdafiə zonasından keçdiyi, lakin Cənubi Koreyanın ərazi hava sərhədlərini pozmadığı bildirilib.
Məlumata görə, Moskva və Pekin birgə hava təlimində iştirak ediblər.