Rusiyada daha bir irimiqyaslı yanğın: “Altay” təkər zavodu yanır

09/12/2022 - 11:57

Rusiyanın Barnaul şəhərində “Altay” təkər zavodunda yanğın baş verib.

Qafqaz.media bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

"Yanğın Barnaulda müəssisənin istehsalat binalarından birində baş verib. Söndürmə işlərinə yüzdən çox insan və çox sayda yanğınsöndürən cəlb olunub. Yanğın sahəsi min kvadratmetrə yaxındır", - Rusiya nəşrləri yazır.

Məlum olub ki, əvvəlcə yanğın təkər zavodunun sexlərindən birində baş verib. Lakin yanğınsöndürənlər hadisə yerinə gələn zaman alov 4 mərtəbəli binanı bürüyüb.

Bildirilir ki, müəssisə tanınmış “Nortec” brendi ilə şinlər istehsal edir.