Rusiyada FSB belaruslu fəalı saxlayarkən öldürdü – FOTO, VİDEO

07/03/2024 - 14:30

Rusiya FSB-si Kareliyada Ukrayna xüsusi xidmət orqanları tərəfindən terror aktı törətmək üçün cəlb edildiyi iddia edilən Belarus vətəndaşının öldürüldüyünü iddia edir.

“İnterfaks” xəbər verir ki, bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi açıqlama yayıb.

Rusiya kəşfiyyat xidməti bəyan edib ki, adı açıqlanmayan Belarus vətəndaşı (1974-cü il təvəllüdlü) guya “Kastus Kalinovski polku”nun üzvü olub və dövlətlərarası axtarışda olub.

FSB-nin məlumatına görə, belaruslu Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Olonets şəhərində inzibati binalardan birini partlatmağa hazırlaşırmış. Həbs zamanı həmin şəxsin təhlükəsizlik əməkdaşlarına odlu silahdan atəş açdığı və “toqquşma zamanı zərərsizləşdirildiyi” iddia edilir.

**

“Astra” teleqram kanalı martın 7-də səhər saatlarında Kareliyada Belarus sakininin qətli barədə məlumat yayıb. Məlumata görə, FSB əməkdaşları martın 6-da Kareliyanın Olonetski rayonunda 49 yaşlı belaruslu Nikolay Alekseyevi qətlə yetiriblər. Həmin gün ona qarşı terror aktına hazırlıq maddəsi ilə cinayət işi açılıb.

Nikolay Alekseyevin oğullarından biri Vlad Belarusun "Naşa Niva" nəşrinə atasının öldüyünü təsdiqləyib. Onun sözlərinə görə, fəalın həyat yoldaşı olan anası Kareliyadakı meyitxanaya gedib və FSB əməkdaşları onun telefonunu götürüblər.

Nikolay Alekseyev Belarusda 2020-ci il prezident seçkilərindən sonra keçirilən etiraz aksiyalarının iştirakçısıdır. Onun Rusiyaya hansı şəraitdə getdiyi məlum deyil.

FSB onun öldürüldüyü anı əks etdirən video yayımlayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ