Rusiyada miqrant kvotası təsdiqlənib

16/10/2024 - 07:46

Rusiya 2025-ci ildə cəmin 10,5 min miqrant qəbul edəcək. “Report” “TASS”a istinadən xəbər verir ki, 2025-ci ildə 10 min 595 əcnəbi və vətəndaşlığı olmayan şəxsə Rusiya ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi planlaşıdırılır. Moskva şəhəri və Moskva ətrafı üçün müəyyənləşdirlən maksimum kvotaya görə 1 350 miqrantın burada yaşamasına icazə veriləcək. Sankt-Peterburq üçün üçün 200 icazə kvotası müəyyənləşdirilib. İki il əvvəl hər birinin 500 icazəsi olan Tatarıstan və Başqırdıstan bu il cəmi 100 (2024-cü ildə hər biri 250) icazə kağızı verə biləcək. Qeyd olunub ki, son beş il ərzində kvotanın həcmi ildən-ilə azalır: 2023-cü ildə Rusiya Nazirlər Kabineti 13,5 min, 2022-ci ildə 19 minə yaxın, 2021-ci ildə 39 mindən çox icazə verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15