Rusiyada müxalifət lideri 8,5 il müddətinə azadlıqdan məhrum edildi – BUÇA QƏTLİAMI İLƏ BAĞLI…

09/12/2022 - 16:33

Moskvanın Meşçanski Məhkəməsi müxalif siyasətçi İlya Yaşini Rusiya Federasiyasının silahlı qüvvələri haqqında “saxta” məlumat yaymaqda təqsirli bilib.

Qafqaz.media xəbər verir ki, hakim Oksana Qoryunova ona 8,5 il cəza çəkib.

Məhkəmə Yaşini onda günahkar bilir ki, Kiyev vilayətindəki Buçada dinc əhalinin qətlinə həsr olunmuş veriliş aparıb. O, müxtəlif nöqteyi-nəzərdən, o cümlədən bu qətllərdə rus hərbçilərinin əlinin olması ilə bağlı fikirlər səsləndirib.

Mməhkəmənin fikrincə, o, Rusiya Müdafiə Nazirliyinin rəsmi mövqeyindən fərqli məlumatlar səsləndirib, müasir Rusiyada bu, cinayətdir.

Dövlət ittihamçısı onun üçün doqquz il, daha sonra isə internetdən istifadəyə görə daha dörd il həbs tələb edib.

Yaşin özü də son sözündə deyib ki, susmaqdansa, on il həbs (maddədə nəzərdə tutulan maksimum cəza budur) daha yaxşıdır.

Qafqaz.media