“Rusiyanın hərbi cinayətləri cəzasız qalmayacaq” - Avropa İttifaqı Kremli hədələdi
29/12/2022 - 16:37
“Rusiyanın hərbi cinayətləri cəzasız qalmayacaq”.
Bunu Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel tviterdə yazıb.
O bildirib ki, Rusiyanın Ukraynaya növbəti mənasız və kütləvi raket hücumu infrastrukturu və tibb müəssisələrini heç bir fərq qoymadan məhv edir, mülki insanları qəsdən hədəfə alır və öldürür: “Ukraynaya dəstəyimiz dayanmadan davam edəcək”.
Qeyd edək ki, Rusiya bu gün Ukrayna ərazilərinə kütləvi raket hücumu həyata keçirib. Nəticədə Kiyev şəhərində azı 3 mülki şəxs yaralanıb.