Rusiyanın Ukraynada vurmaq istədiyi hədəflərin siyahısı… - PUTİN YENİ İL “SÜRPRİZİ” HAZIRLAYIR?

19/12/2022 - 00:04

Ukrayna Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat Rusiyanın raket terrorunun guya Yeni ilə yaxın güclənə biləcəyi ilə bağlı məlumatı şərh edib.

Qafqaz.media-nın məlumatına əsasən, İqnat UNİAN-a bildirib ki, rus işğalçılarının Ukrayna ilə bağlı əsas məqsədləri bəllidir:

"Baş Kəşfiyyat İdarəmiz (Ukrayna Müdafiə Nazirliyi - red.) bizə tarixlərə bağlanmamağı tövsiyə etdi” – deyən Yuri İqnatın sözlərinə görə, ruslar Ukrayna dövlətinə mümkün qədər ağır zərbə endirmək istəyirlər.

"Bunun üçün bizi daha ağrılı yerdən vurdular - daha alçaq, daha həyasızcasına. Və nəyisə rəqəmlərlə əlaqələndirmək lazımdırsa, onda diktatoru (Vladimir Putin - red.) tarixə qovuşdurmaq məqsədilə rus xalqı ilə də işləmək lazımdır", - deyə İqnat hesab edir.