Saakaşvili İvanişvilini vətənə xəyanətdə ittiham etdi – “Separatçı rejimləri tanıyacaq...”

18/09/2024 - 21:04

“Minilliklər ərzində Gürcüstanın heç bir hökmdarı İvanişvili kimi dövlətə xəyanət etməyib, hətta son onilliklərdə müasir dünyada belə bir nümunəni xatırlaya bilmirəm”. “AzPolitika” xəbər verir ki, bunu Gürüstanın hazırda həbsdə olan eks-prezidenti Mixail Saakaşvili “Faebook” səhifəsində yazıb. O, “Gürcü arzusu” partiyasının lideri Bdzina İvanişvilinin seçkidən sonra 2008-ci ildə baş verən toqquşmalara görə osetinlərdən rəsmən üzr istəyəcəyi ilə bağlı bəyanatını şərh edib. Saakaşvilinin sözlərinə görə, İvanişvili əvvəldən müəyyən edilmiş plan üzrə hərəkət edir: “Birincisi, 2015-ci ildə Tsulukiani öz əmri ilə gürcü hərbçilərinin əməlləri ilə bağlı Haaqa prokurorunu təhqiqat aparmağa təhrik etdi. İvanişvili və ruslar ümid edirdilər ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi məni və gürcü əsgərlərini ittiham edəcək. Əslində baş verən o oldu ki, 2022-ci ildə Haaqa prokuroru bizim hərəkətlərimizə tam haqq qazandırdı. Qəzəblənən İvanişvili/ruslar heç bir beynəlxalq legitimlik olmadan indi də eyni şeyi etmək qərarına gəliblər. Eyni zamanda İvanaşvili bəyanatı ilə avtomatik olaraq Gürcüstanı Miloşeviçin Serbiyasının mövqeyinə qoydu. Baxmayaraq ki, serblər hələ də üzr istəməyiblər. Bununla da o, separatçı rejimlərin müstəqilliyinin beynəlxalq aləmdə tanınmasına yaşıl işıq yandırıb. Çox güman onun özü də “Cənubi Osetiya” və “Abxaziya”nı tanınmağa hazırlaşır”.  Eks-prezident hesab edir ki, buna səs verən hər kəs rəsmən vətənə xəyanətdə iştirak edir. “Onun ruslar qarşısında öhdəlikləri hamıya belə aydın oldu.Bildirmək istəyirəm ki, mən Putinin əsiriyəm. Mən yalnız bir şeyə görə üç ildir ki, həbs olunmuşam: ölkəmizi təslim etməmişəm, Tiflisi işğalçıya müqavimətsiz təhvil verməmişəm. Gürcüstan heç vaxt üzr istəməz!”, - Saakaşvili vurğulayıb.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57